Rzayev Azәr Hüseyn oğlu |
(d. 1930) —bәstәkar, skripkaçı. Azәrb. xalq art. (1990), prof. (1977). Bәstәkarların beynәlxalq müsabiqәsinin laureatı (1955). Hüseyn vә Hәqiqәt Rzayevlәrin oğlu, Hәsәn Rzayevin qardaşıdır. 1944 ildә R.-in kiçik musiqi әsәrlәrini dinlәyәn H. onu ADK nәzdindәki onillik musiqi mәktәbindә prof. B. İ. Zeydmanın apardığı uşaq yaradıcılığı (bәstәkarlıq) sinfinә qәbul etdirmişdir. R. 1953 ildә ADK-nı bitirmişdir (skripka vә bәstәkarlıq ixtisasları üzrә). 1972—87 illәrdә AOBT-nın direktoru olmuş, bu dövrdә onun tәşәbbüsü ilә «Koroğlu» (1975) vә «Leyli vә Mәcnun» (1976) operaları yeni quruluşda tamaşaya qoyulmuşdur. R. «Hacı Kәrimin Aya sәyaһәti» musiqili komediyasının, skripka ilә ork. üçün 2 konsertin, skripka vә alto ilә ork. üçün ikiqat konsertin, 7 simf. poemanın, «Bakı-90» simfoniyasının vә s. әsәrlәrin müәllifidir. 1986 ildә «Әsli vә Kәrәm» operasını xalq çalğı alәtlәri ork. üçün, 1990—92 illәrdә «Arşın mal alan» musiqili komediyasından Әsgәrin ariyasını tar vә kamera ork. üçün, «Koroğlu» operasından «Çәnlibel» sәһnәsini xor vә kamera ork. üçün, «Leyli vә Mәcnun» operasının I pәrdәsindәn Leyli ilә Mәcnunun duetini solistlәr vә kamera ork. üçün işlәmişdir.. |