Sәfәrova Zemfira Yusif qızı

(d. 1937) — musiqişünas. Sәnәtşünaslıq doktoru (1996), professor (1998), professor, sәnәtşünaslıq namizәdi (1970), Azәrb. әmәkdar inc. xad. (1989). 1980 ildәn Azәrb. EA Memarlıq vә İncәsәnәt İn-tunun musiqi sәnәti şöbәsinin müdiridir. H.-un musiqi yaradıcılığının tәdqiqatçılarındandır. S.-nın «Üzeyir Hacıbәyovun musiqi-estetik görüşlәri» (M., 1973, ön sözün müәllifi Q. Qarayev) adlı ilk kitabında H.-un estetik görüşlәrindә vә yaradıcılığında xәlqilik, millilik vә beynәlmilәllik, әnәnә vә novatorluq, musiqi dili problemlәri araşdırılır. 1983 ildә rusca buraxılmış «Üzeyir Hacıbәyov» kitabçası 1985 ildә 7 dildә (Azәrb., ingilis, fransız, әrәb, türk, fars vә rus) yenidәn çap edilmişdir. 1985 ildә S.-nın «Üzeyir Hacıbәyovun yaradıcılığında nәzәri vә estetik problemlәr» monoqrafiyası nәşr olunmuşdur. H.-un musiqi әsәrlәrinin akademik nәşrinin cildlәrini çapa һazırlamış, onlara geniş ön söz vә elmi şәrһlәr yazmışdır. Bir sıra elmi simpozium vә konqreslәrdә H. һaqqında mәruzәlәr etmişdir. O, «Üzeyir Hacıbәyov» biblioqrafiyasının redaktorlarından biri, Z. Qafarovanın «Üzeyir Hacıbәyovun «Koroğlu» operası» kitabının xüsusi redaktorudur..