Simfonik muğam

—simfonik janr. İlk dәfә 1940 illәrin axırlarında Azәrb.-da yaradılmışdır. Janrın әsası H-un ilk muğam operalarında qoyulmuşdur. Bu operalarda muğam ilk dәfә olaraq Avropa opera janrı ilә birlәşdirilmişdi. «Leyli vә Mәcnun» operasında Heyratı (Nofәlin partiyası) vә Arazbarı zәrbi muğamlarından istifadә buna misaldır. H.-un «Aşıqsayağı» kamera-instrumental әsәri dә muğam-improvizasiya üslubunda yazılmışdır. H-un, M. Maqomayevin öz әsәrlәrindә simfonizmi fәal surәtdә Azәrb. musiqisinә gәtirmәlәri, һәmçinin simf. janrda yazan yeni bәstәkar nәslinin (Q. Qarayev, C. Hacıyev, S. Hacıbәyov vә b.) yetişmәsi S. m.-ın yaranmasına rәvac verdi. İlk S. m.-lar 1948 ildә F. Әmirov tәrәfindәn yazılmış «Şur» vә «Kürd-ovşarı» idi. F. Әmirov bu әsәrlәrindә muğamlardan geniş istifadә etmiş, onlara öz müәllif konsepsiyasını verәrәk yeni emosional mәzmuna nail olmuşdur. F. Әmirov әsl muğamın kompozisiya strukturunu saxlamış, bәzi һallarda xalq maһnılarından da istifadә etmişdir. 1949 ildә Niyazinin bәstәlәdiyi «Rast» S. m.-ın da bu janrda әn әlamәtdar әsәrlәrdәndir. Azәrb.-ın bir sıra bәstәkarları—S. Әlәsgәrov, M. Әһmәdov, T. Bakıxanov vә b. da S. m.-lar yazmışlar..