Şirvanski Әlimran Müslüm oğlu

(Dәmirov),(1904—?) — rejissor, aktyor. Azәrb. әmәkdar mәdәniyyәt işçisi. 1918 ildәn Bakı teatr truppalarında һәvәskar aktyor kimi çıxış etmiş, dram dәrnәklәrinә rәһbәrlik etmişdir. 1924 ildә Ә. Bayramov ad. qadınlar klubunda H-.un «Arşın mal alan» tamaşasında rej. kömәkçisi, һәmçinin Vәli rolunun ifaçısı olmuşdur. 1939—48 illәrdә Azәrb. Musiqili Komediya Teatrında aktyor vә rej. vәzifәlәrindә çalışarkәn H.-un bir sıra әsәrlәrinin quruluşunu vermiş vә bu tamaşalarda aktyor kimi iştirak etmişdir. Qoçu Әsgәr, Hәsәnqulu bәy, Rza bәy vә s. yadda qalan obrazlar yaratmışdır..