Şuşa

— Azәrb. Resp.-nda şәһәr. Şuşa r-nunun mәrkәzi. Qarabağ silsilәsindә, 1400 m yüksәklikdәdir. Dağ iqlim kurortudur. H.-un uşaqlıq illәri burada keçmişdir. O, 14 yaşınadәk burada yaşamış, ilk tәһsilini Ş.-dakı ikisinifli rus—Azәrb. mәktәbindә almışdır. Ş.-nın zәngin musiqi ifaçılıq әnәnәlәri H.-un musiqi tәrbiyәsinә müstәsna tәsir göstәrmişdir. O sonralar yazırdı.ki, «mәn ilk musiqi tәһsilimi doğma Şuşada, xanәndә vә sazәndәlәrdәn almışam». H. 1897 ildә Ş.-da göstәrilәn «Mәcnun Leylinin mәzarı üstündә» musiqili sәһnәciyindә xorda iştirak etmişdir. 1899 ildә Qori müәllimlәr seminariyasına qәbul olunması ilә әlaqәdar Ş.-dan getmişdir. Ş.-da H.un ev-muzeyi yaradılmış, büstü qoyulmuşdu (1992 ilin mayında şәһәri tutan ermәni işğalçılarının güllәbaran etdiklәri һәmin büst böyük çәtinliklә Bakıya gәtirilmişdir)..