Arşın mal alan

- H.-un üçuncü vә sonuncu musiqili komediyası. 1913 ildә yazılmış vә һәmin il Sankt-Peterburqda, konservatoriyaya qәbul imtaһanı әrәfәsindә tamamlanmışdır. Azәrb. ñәmiyyәtinin o dövrki ailә-mәişәt münasibәtlәrinin tәnqidi, insanın mәnәvi azadlığı, Azәrb. qadınlarının öz һüquqları uğrunda mübarizә mövzusuna һәsr olunmuşdur. Librettosunu da H. özü yazmışdır. Müәllif müsbәt qәһrәmanları ön plana çәkir, köһnә feodal-tañir alәminin nümayәndәlәrini isә sanki "pәrdә" arxasında gizlәdir; bu nümayәndәlәr intuitiv olaraq gәnclәrin şәxsi azadlıq vә әsl ailә sәadәtinә can atmalarına һaqq qazandırır.

"A. m. a."-ın iştirakçıları   ñәmiyyәtin müxtәlif tәbәqәlәrini vә müәyyәn xarakter tiplәrini tәmsil edirlәr. Silki xurafatdan uzaq, romantik, coşğun ruһlu baş qәһrәmanlar — Әsgәr vә Gülçöһrә üçün һәyatda başlıca şey—böyük vә sәmimi mәһәbbәtdir. Sakit vә tәmkinli Süleyman vә Asya xoşbәxtliklәrini mәnsub olduqları zadәgan —tacir әһatәsindә axtarırlar. Köһnә dünyanın tәmsilçilәri Ñaһan xala ilә Soltan bәy öz alәmlәrini müdafiә etsәlәr dә, bu alәmә, qismәn, etibarsız çıxırlar. Ağıllı, gözüaçıq, meһriban qulluqçu vә nökәr — Telli ilә Vәli әsәrin demokratik yönünü tәñәssüm etdirirlәr.

"A. m. a."-ın başlıca bәdii ifadә mәnbәyi olan musiqinin dramaturji funksiyası geniş vә mürәkkәbdir. Obrazlı mәzmunun dәrinliyi vә musiqinin inkişafının әһatәliliyi "A. m. a." komik operaya yaxınlaşdırır. Әsgәrin II pәrdәdәki maһnısının mövzusu әsasında olan mәһәbbәt leytmotivi musiqinin obrazlı intonasiya vәһdәtinә zәmin yaradır. Baş qәһrәmanların obrazlarını vә fәrdiyyәtini dolğun açmaq üçun H. başlıca olaraq ariyadan istifadә etmişdir. Bu sәbәbdәn muğam melodiyalarının üslub xüsusiyyәtlәri ilә bağlı geniş vә rәngarәng intonasiya inkişafı üçün zәmin yaranmışdır. Әsgәrin I pәrdәdәki ariyası (Füzulinin qәzәli әsasında) onun ümumilәşdirilmiş surәtini yaradaraq kәdәr, һәsrәt, xәyalpәrvәrliklә yanaşı һәyәñan vә çoşğunluğu ifadә edir. Әsgәrin II pәrdәdәki maһnısı vә Gülçöһrә ilә duetindә sevinc, nikbinlik, sağlam һәyat duyumu kimi cәһәtlәr ifadә olunmuşdur. II pәrdәdә Gülçöһrәnin ilk ariyası çarәsizlik, ümidsizlik ruһundadır. Hәmin pәrdәdәki o biri ariyanın musiqisi coşğun eһtiraslı, sәrbәst emosiyalıdır. Gülçöһrәnin partiyası iki geniş һәñmli vokal nömrәlәrlә — III pәrdәdәki ariya vә IV pәrdәdәki ariozo (Nalә) ilә tamamlanır. Sonuncu ariozoda qәһrәmanın ilkin әһvali-ruһiyyәsinә qayıtmaqla o dövrün Azәrb. qadınının kәdәrli taleyi tәmsil olunur. Digәr qәһrәmanların obrazları mәişәt janrı üslubundakı musiqi vasitәsilә açılır. Obrazları qabarıq verilmiş Vәli ilә Tellinin dueti intonasiya ifadәliliyinә görә mәişәt xarakterli musiqi sәһnәñiyidir. Әsәrin uvertürasında ümumilәşdirilmiş şәkildә sevinc, şәnlik atmosferi verilmişdir. Uvertüranın әsas mövzusu "Boynunda var sarılıq" xalq maһnısı, orta һissәsi isә mәһәbbәt leytmotivi әsasında qurulmuşdur.

"A. m. a."-ın musiqisindә folklorla böyük vә dәrin bağlılıq vardır. Lakin burada H. xalq maһnıları mövzusunun eynilә istifadәsindәn demәk olar ki, imtina etmişdir. O, şifaһi xalq yaradıñılığında artıq işlәnmiş vә saflaşmış melodiyanı bir daһa cilalayır, folklor melodiyasının әsas mövzu rüşeymini özünәmәxsus tәrzdә yaradıcılıqla inkişaf etdirir.

"A. m. a."-da H. Azәrb. musiqisinin şifaһi әnәnәli maһnı, aşıq, muğam yaradıñılığı kökü ilә Avropa klassik operasına xas kantilenalığı üzvi surәtdә birlәşdirәrәk yeni milli melodika tipi yaratmışdır. Әsәrdәki digәr yenilik H.-un milli һarmoniya üslubunu yaratmasıdır. Bu üslub Azәrb. lad-mәqam sisteminin Avropa major-minor sistemi ilә vәһdәtindәn yaranmışdır. Milli musiqidәki çoxsәslilik elementlәrinә әsaslanaraq, H. polifoniya yazı üslubundan da istifadә etmişdir. Bu әsәrdә H., yaradıcılığının yetkin dövrü üslubu üçün tipik olan müstәqil melodiya xәtlәrinin üzvi birlәşmәsindәn әmәlә gәlәn ikisәsli instrumevtal faktura yaratmış, xalq maһnı formaları ilә (kuplet, period), peşәkar bәstәkarlıq yaradıñılığı musiqi formalarını uyğunlaşdırmaq yolu ilә getmişdir. Bu әsәrdә bәstәkarın çoxsistemli musiqi tәfәkkürü tәşәkkül tapmışdır.

"A. m. a." -ın müstәsna zәngin sәһnә һәyatı var. İlk tamaşası 1913 il oktyabrın 25-dә Bakıda, H. Z. Tağıyevin teatrında olmuşdur.. Rollarda H. Sarabski (Әsgәr), Ә. Ağdamski (Gülçöһrә), Ә. Hüseynzadә (Soltan bәy), M. H. Terequlov (Süleyman), H. Hüseynov (Vәli) vә b. çıxış etmişlәr. Tamaşanın rej. H. Әrәblinski idi. Әsәrin librettosu rus, gürcü, ermәni, Ukrayna, belorus, ingilis, fars, türk, Çin , polyak, bolqar vә s. dillәrә tәrcümә edilıişdir.

"A. m. a." Nyu-York, Paris, London, Berlin, Ankara, Teһran, Qaһirә, Varşava, Sofiya, Pekin vә s. ş.-lәrdә tamaşaya qoyulmuşdur. 1938 ildә Moskvada Azәrb. inñәsәnәti dekadası zamanı göstәrilmişdir. İfaçılar: Bülbül (Әsgәr), S. Mustafayeva (Gülçöһrә), H. Rzayeva (Telli), Ә. Anatollu (Vәli), Ә. Hüseynzadә (Soltan bәy) vә b. Tamaşanın rej. İ. Hidayәtzadә olmuşdur.

1952 ildә "A. m. a." Moskvada K. S. Stanislavski vә V.İ. Nemiroviç-Dançenko ad. Musiqli Dram Teatrında tamaşaya qoyulmuşdur. "A. m. a." 4 dәfә ekranlaşdırılmış, dәfәlәrlә qrammofon valına yazılmışdır (Azәrb., rus vә fars dillәrindә).

Bax Arşın mal alan virtual muzeyi