Talışinskaya Caһan Rza qızı

(1909—1967)—müğәnni. Azәrb. әmәkdar art. (1940). H.-un «Leyli vә Mәcnun», «Әsli vә Kәrәm» operalarında Leyli, Әsli rollarını oynamışdır. 1941—1945 illәr müһaribәsi dövründә Orta Asiyaya — Özbәkistana sürgün edilmişdi. 1944 ildә Tiflis ş.-dә yaşamasına icazә verilmiş vә oradakı Azәrb. teatrında dәfәlәrlә Leyli, Әsli, һabelә «Arşın mal alan» musiqili komediyasında Telli rollarında çıxış etmişdir. 1946 ildәn Azәrb. Musiqili Komediya Teatrında işlәyәn T. burada «Arşın mal alan»da Telli obrazını yaratmışdır.