Arşın mal alan- bәdii filmlәr

— H.-un eyni-adlı musiqili komediyası әsasında çәkilmiş bәdii filmlәr. İlk dәfә 1916 ilda Piron qardaşlarının "Filma" sәһmdar ñәmiyyәtinin rej. B. Svetlov tәrәfindәn çәkilmişdir. Rolları Ә. Hüseynzadә (Sultan bәy), H. Sarabski (Әsgәr), Ә. Ağdamski (Gülçöhrә), Y. Nәrimanov (Cahan xala), M. Әliyev (Süleyman bәy) vә b. ifa etmişdilәr. Film sәssiz olduğundan onu xalq çalğı alәtlәri müşayiәt edir, Ñ. Qaryağdı oğlu vә s. xanәndәlәr musiqili komediyadan ariyalar ifa edirdilәr. Film tamaşaçılar tәrәfindәn maraqla qarşılandı.1917 ildә Peterburqdan gәlmiş Q. Belyakov "A. m. a."-ı yenidәn ekranlaşdırdı. Lakin o, әsәri ekranlaşdırarkәn müәlliflә mәslәһәtlәşmәmiş, ondan icazә belә almamışdı. Film 1917 il aprelin 20-dә ekrana buraxılmış vә cәmi 2 gün nümayiş etdirilmişdi. Hәvәskar aktyorların iştirakı ilә çәkilmiş bu film çox zәif alınmış vә H.-un tәkidi ilә ekrandan çıxarılmışdı.

1937 ildә "A.m.a." ABŞ rej. R. Mamulyan tәrәfindәn ekranlaşdırılmış, lakin filmdә H.-un adı göstәrilmәmişdi. 1945 ildә Bakı kinostudiyasında (indiki "Azәrbayñanfilm.") çәkilmiş ağ-qara, musiqili film dünyada geniş şöһrәt qazandı. Ssenari müәllifi Sabit Rәһman, quruluşçu rej.-lar R. Tәһmasib vә N. Leşşenko, operatorlar Ә. Atakişiyev vә M. Dadaşov, musiqi redaktoru Niyazi idi. Baş rollarda R. Behbudov (Әsgәr), L. Ñavanşirova (Gülçöhrә), Ә. Hüseynzadә (Soltan bәy), M. Kәlәntәrli (Ñaһan xala), L. Abdullayev (Vәli), İ. Әfәndiyev (Süleyman bәy), F. Meһrәliyeva (Telli) vә b. çәkilmişdir. ."A. m. a.." filminә görә H., R. Tәһmasib, N. Leşşenko, R. Behbudov, L. Ñavanşirova (Bәdirbәyli), Ә. Hüseynzadә, M. Kәlәntәrli vә L. Abdullayev 1946 ildә Stalin mükafatına layiq görülmüşlәr.

1965 ildә "A. m. a." musiqili komediyası Bakıda yenidәn ekranlaşdırılmışdır. Bu rәngli musiqili filmin rej. T. Tağızadә, ssenari müәlliflәri M. Dadaşov vә T. Tağızadә, musiqi redaktoru F. Әmirov idi. Әsas rolları H. Mәmmәdov (Әsgәr), L. Şıxlinskaya (Gülçöhrә), H. Yagizarov (Süleyman bәy), A. Qurbanov (Soltan bәy), N. Mәlikova (Ñahan xala), S. Ibraһimova (Telli) vә b. oynamışlar.

Bax Arşın mal alan virtual muzeyi
.