«Tәrәqqi»

— ictimai-siyasi, iqtisadi vә әdәbi qәzet. 1908—1909 illәrdә Bakıda milyonçu M. Muxtarovun vәsaitinә nәşr olunmuşdur. Baş redaktoru Әһmәd bәy Ağaoğlu idi. 1909 il iyunun 28-dә Ә. Ağaoğlu Türkiyәyә köçüb getdikdәn sonra qәzetin baş redaktoru H. olmuşdur «T.»-dә H.-un müxtәlif janrlarda (siyasi icmal, açıq mәktub, elmi-pedaqoji mәqalә) 150-dәn çox yazısı («Osmanlıda inqilab qoxusu», «İran işlәri», «Gәlәcәk Avropa konfransı», «Milli mәktәblәrdә rus dili tәdrisi», «Üsuli-tә'lim» vә s. mәqalәlәri, «Ordan-burdan» ümumi başlıqlı felyetonları) çıxmışdır. N. V. Qoqolun «Şinel» һekayәsi dә ilk dәfә H.-un tәrcümәsindә «T. » qәzetindә dәrc olunmuşdur.