Vaһid |
(Әlağa Mәmmәdqulu oğlu İsgәndәrovun tәxәllüsü; 1895 — 1965) — şair, Füzuli әdәbi mәktәbinin sonbeşiyi. Azәrb. әmәkdar inñ. xad. (1943). V. İkinci dünya müһaribәsi illәrindә H.-un rәһbәrlik etdiyi tәbliğat qatarları ilә resp.-nın rayonlarında olmuş, xalqı Vәtәnin müdafiәsinә sәslәmişdir. H. şairә xüsusi qayğı ilә yanaşır, yaradıcılığını yüksәk qiymәtlәndirir, onunla yaradıcılıq әmәkdaşlığı edirdi. Bәstәkar 1941 ildә yazmışdı: «...«İsgәndәrnamә» poeması süjetindә eyni adda bir opera yazmaq fikrindәyәm. Operanın librettosunu özüm yazıram; mәnzum mәtnini şair Ә. Vaһid yazacaqdır» («Kommunist» qәzeti, 1941, ¹ 1).. |