Zeynallı Asәf Zeynalabdin oğlu

(1909—1932) — bәstәkar. ADK-nın bәstәkarlıq sinfini bitirmiş (1931), burada Azәrb. xalq musiqisinin әsaslarını H.-dan öyrәnmişdi. Simfonik, kamera-vokal vә instrumental әsәrlәrin («Ölkәm», «Sual», «Seyran», «Sәrһәdçi», «Çadra» romansları, fp. üçün fuqalar, pyeslәr, skripka vә fp. üçün pyes vә s.) müәllifidir. 1928 ildәn ADK nәzdindәki musiqi mәktәbindә musiqi nәzәriyyәsindәn dәrs demişdir. H. onun yaradıcılığını yüksәk qiymәtlәndirirdi. 1933 ildә Z.-nın vәfatının ildönümü münasibәtilә etdiyi mәruzәdә H. onun vaxtsız ölümünә ürәk yanğısı ilә tәәssüflәnәrәk demişdi: «... o, olduqca böyük, orijinal vә dәrin düşüncәli bir bәstәkar ola bilәrdi»..