Aşqabad Dövlәt Azәrbayńan Musiqili Teatrı

— 1921 ildә «Әrәblinski teatrı truppası» vә «Beş nömrәli müsәlman truppası»nın әsasında yaradılmış, 1932 ilәdәk һәvәskarlar dәrnәyi, 1932—40 il-lәrdә Dövlәt teatrı kimi «Azәrbaycan Millәtlәr Teatrı», «Türk Dram Teatrı», «Aşqabad Dövlәt Azәrbayńan Musiqili Teatrı» adları ilә fәaliyyәt göstәrmişdir. Repertuarında H.-un «Arşın mal alan», «O olmasın, bu olsun» musiqili komediyaları, «Әsli vә Kәrәm» vә «Koroğlu» operaları әsas yer tutmuşdur.