«Azәrbayñan» qәzeti

— iñtimai-siyasi vә әdәbi qәzet. ADR-in 1918—20 illәrdә Azәrb. dilindә nәşr olunan rәsmi orqanı. İlk 4 sayı 1918 il sentyabr ayında Gәncәdә, qalan sayları Bakıda buraxılmışdır. «A.» 8 sayına qәdәr «redaksiya һeyәti» imzası ilә, 8—19 sayları Ñ. Hañıbәyli vә Ş. Rüstәmbәylinin müştәrәk redaktorluğu ilә çıxmışdır. 1918 il oktyabrın 7-dәn «A.» һәm dә rus dilindә ayrıca nәşr olunmağa başlamışdı. Ş. Rüstәmbәyli qәzetin rusña çıxan nәşrinә baş redaktor tәyin edildiyindәn, 51 sayından 88 sayınadәk (16.01.1919) tәkñә C. Hañıbәylinin redaktorluğu ilә nәşr olunmuş, 1919 il yanvarından bağlanan günәdәk (1920 il 27 aprel) H.-un rәһbәrliyi ilә buraxılmışdır.«A.» qәzeti Müsavat Partiyasının orqanı deyildi.

H. bu barәdә yazmışdı: «Danışırlar ki, «Azәrbayñan» qәzeti bir guya, Müsavat partiyasına mәnsub firqәvi qәzet imiş. Bu fәqәrә barәsindә bunu bәyan etmәyi lazım bilirәm ki, qәzetimiz partiya qәzeti deyildir» («A.», 10 mart 1919, ¹ 133).

H. qәzetin ideya istiqamәtini Vәtәnin istiqlalı yolunda çalışmaq kimi sәciyyәlәndirirdi. Redaktoru vә fәal ziyalılar bu müqәddәs mәslәkә — xalqın azadlığı, milli mәnlik, milli qeyrәt vә qurtuluş uğrunda mübarizә işinә sәdaqәtlә xidmәt edirdilәr. H. «A.»-da parlamentin işindәn bәһs edәn «Tәәssürat» ümumi başlıqlı reportajlar, onlarña baş mәqalә («Müһum mәsәlә», «Bir yaş», «Partiyalarımıza», «Daxili işlәrimiz», «Yenә başlanır», «Müvәffәqiyyәtlәrimiz», «İstiqlal müdafiәsi üçün», «Bolşevizm nәdir?» vә s), siyasi icmallar («Ermәnistan vә Azәrbayñan münasibәti», «İçimizdәki Denikinlәr», «İstiqlal vә istiqbal ümidi» vә s.),- һәmçinin mәşһur «Filankәs» vә «...çı» imzaları ilә felyetonlarını dәrc etdirmişdir..