Azәrbayñan Dövlәt Simfonik Orkestri

Ü. Hañıbәyov ad. — Azәrb. Resp.-nın mәşһur musiqi kollektivlәrindәn biri. 1938 ildә Azәrb. Dövlәt Filarmoniyası nәzdindә yaradılmışdır. 1944 ildә ork.ә H.-un adı verilmişdir. İlk dirijoru Nikolay Anosov idi. Sonralar uzun illәr ork.-in bәdii rәһbәri vә baş dirijoru Niyazi olmuşdur. Azәrb. bәstәkarlarının simf. musiqisinin yüksәk professionallıqla tәbliğindә ork.-in müstәsna xidmәti var. Müxtәlif illәrdә ork.-lә N. Raxlin, A. Qauk, K. İvanov, L. Ginzburq, K. Zanderlinq, A. Yansons, Y. Fayer, O. Dmitriadi, A. Staseviç, M. Paverman, K. Eliasberq kimi tanınmış dirijorlar işlәmişlәr. Azәrbayñan musiqiçilәrindәn Ә. İsrafilzadә, Ç. Hañıbәyov, Ә. Hәsәnov, K. Abdullayev, Ә. Bәdәlbәyli, R. Abdullayev, F. Mustafayev, Y.Adıgözәlov ork.-dә dirijorluq etmişlәr. 1998 ildәn orkestrin bәdii rәһbәri vә baş dirijoru R. Abdullayevdir. H.-un әsәrlәri ork.-in repertuarında müһüm yer tutur.