Azәrbayñan Dövlәt Xoru

—Azәrb.-da ilk professional xor kollektivi. Yaranma tarixi 1926 ildә H.-un konservatoriya tәlәbәlәrindәn ibarәt xor kollektivi yaratmaq ñәһdi ilә bağlıdır. Yarımçıq qalmış bu cәһd 1936 ildә filarmoniya nәzdindә professional xor kollektivinin yaradılması ilә başa çatdırıldı. Xorun ilk repertuarına H. tәrәfindәn işlәnmiş xalq maһnıları daxil edilmişdi («Aman nәnә», «Ay bәri bax», «Lolo» vә s). Bu dövrdә xor musiqisinin bir sıra janrları da tәşәkkül tapmışdı (H.-un «Firdovsi», Q. Qarayevin «Könül maһnısı» kantataları vә s). Xor musiqisinin inkişafında H.-un «Koroğlu» operasındakı monumental xor sәһnәlәrinin, xüsusilә «Çәnlibel» xorunun rolu böyükdür. 1938 ilәdәk A. D. X. müstәqil fәaliyyәt göstrәmiş. 1938 ildә rәqs qrupu ilә birlәşdirilmişdir.