Abasova Elmira Әbdülһәmid qızı

(d. 1932) — musiqişünas, pedaqoq. Azәrb. әmәkdar in๑. xad. (1967). Sәnәtşünaslıq namizәdi (1962), prof. (1980). 1955 ildәn ADK-da dәrs deyir, (1977—92 illәrdә rektor). Azәrb. Bәstәkarlar İttifaqının katibi (1973—90) olmuşdur.

Araşdırmalarının әksәr һissәsi H.-un yaradı๑ılığının tәdqiqinә һәsr edilmişdir. H.-un әsәrlәrinin musiqi-dramaturji vә üslub xüsusiyyәtlәri, onun simf. metodu barәdә tәdqiqat aparmışdır. "Üzeyir Hacıbәyovun opera vә musiqili komediyaları" (1961), "Ü. Hacıbәyovun "Koroğlu" operası (1965), "Üzeyir Hacıbәyov" (1975), "Üzeyir Hacıbәyov. Hәyat vә yaradıcılıq yolu" (1985) monoqrafiya vә mәqalәlәrin müәllifi, "Ü. Hacıbәyov" (1978) biblioqrafiyasının mәsul redaktorudur..