Xәlilov Ramazan Hәmzәt oğlu

(1901-1999)—jurnalist, tәrcümәçi. Prof. (1995). H.-un baldızı oğlu. 1908—1914 illәrdә Tiflisdә, 1914—1917 illәrdә isә Moskvada gimnaziyada oxumuş, 1918 ildә "Lәzgi alayı"nın tәrkibindә Zaqatala, Qәbәlә, Şәki vә Gәncәnin ermәni daşnaklarından tәmizlәnmәsindә iştirak etmişdir. 1923 ildәn jurnalistika ilә mәşğul olmuş, 1933 ildә Moskva Redaktә-Nәşriyyat İn-tunu bitirmişdir. 1933—1938 illәrdә Leninqradda yaşamış, jurnalist fәaliyyәtini davam etdirmişdir. H.- un dәvәti ilә Bakıya gәlәn X. әvvәlcә ADK-da Üzeyir bәyin әdәbi katibi, 1941—53 illәrdә isә rektorun birinci müavini vәzifәsindә işlәmişdir. X. uzun illәr H.-la birgә çalışmış, onun sәdaqәtli kömәkçisi olmuşdur. H.-un һәyat vә yaradıcılığının gözәl bilicisi vә alovlu tәbliğatçısı olan X. 1975 ildәn bәstәkarın xatirә ev-muzeyinә rәһbәrlik edir. 1995 ildә Azәrb. mәdәniyyәtinin inkişafında, xüsusәn H. irsinin qorunmasında xidmәtlәrinә görә X. "Şöһrәt" ordeni ilә tәltif olunmuşdur.

Əlavə məlumat:
Sərdar Fərəcov. Əsrin yaşıdı, əsri yasadı