Quliyev Tofiq Әlәkbәr oğlu |
(1917-2000)-bәstәkar, musiqi xadimi. Azәrb. xalq art. (1964). 1934 ildә ADK-na daxil olmuş, burada H.-un tәsiri ilә xalq musiqi folklorunu ñiddi öyrәnmişdir. Bu dövrdә bir qrup gәnñ musiqiçi ilә birlikdә Azәrb. xalq musiqisinin toplanıb yazılmasında fәal iştirak etmiş, 1935 ildә «Rast» vә «Segaһ-zabul» muğamlarını nota salmışdır. 1936 ildә H.-un tәklifi ilә Q. tәһsilini davam etdirmәk üçün Moskva konservatoriyasına göndәrilir, burada bәstәkarlıq vә dirijorluq üzrә tәһsil alır. 1939 ildә Bakıya qayıdaraq resp.-da ilk caz-ork. tәşkil edir. Müxtәlif illәrdә Moskvada A. Sfasman vә E. Roznerin ork.-lәri ilә işlәmiş, Azәrb. estrada ork.-nә rәһbәrlik etmişdir. 1951 ildә Moskva konservatoriyasını, 1954 ildә isә oranın aspiranturasını bitirәrәk Bakıya qayıtmış, 1954—57 illәrdә ADK-nın ork. sinfinә rәһbәrlik etmiş, 1961—64 illәrdә Azәrb. Dövlәt Filarmoniyasının direktoru (1958—59 illәrdә bәdii rәһbәri) olmuşdur. Azәrb. estrada musiqisinin yaradıcılarındandır. Xalq musiqisinin әnәnәlәrindәn faydalanan Q.-in maһnıları kütlәvi maһnı janrının gözәl nümunәlәrindәndir. Onun musiqi dili sadә, aydın vә milli koloritlidir. Q. yüzlәrlә maһnı, 5 operetta, valslar, fp. üçün prelüd vә variyasiyalar, filmlәrә vә dram tamaşalarına musiqi vә s. yazmışdır. Q. Azәrb. musiqi folkloruna münasibәt vә ondan istifadә üslubuna görә H.-un yolunu davam etdirmiş, özünәmәxsus, bәnzәrsiz musiqi dili yaratmışdır.. |