A B C Ç D E Ə F G H X İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z


Əsas sahifə

Elmi-redaksiya şurasının sədri
Nazim İbrahimov

Elektron nəşrinin baş redaktoru
Tariyel Məmmədov

Elmi-redaksiya şurasının üzvləri

Müəlliflərin siyahısı

Electron nəşrin yaradıcıları

Qəbul edilmiş əsas ixtisarlar

Həyat və yaradıcılıq salnaməsi

Ədəbiyyat siyahısı

Musiqi əsərləri

Məqalələr


©  Azərbaycan nəşriyatı, 2003


© Musigi Dunyasi, 2005

 

 

 


ÜZEYIR HACIBƏYOVUN MUSIQI ƏSƏRLƏRI 

OPERALAR

1907

Leyli və Məcnun. Birinci redaktədə 5 pərdəli, 6 şəkilli, sonrakı quruluşlarda 4 pərdəli, 6 şəkilli. Librettosu M. Füzulinin eyniadlı poeması əsasında Üzeyir və Ceyhun Hacıbəyov qardaşları tərəfindən yazılmışdır.
İlk tamaşa 1908 il yanvarın 12-də (25-də) Bakıda, H. Z. Tağıyevin teatrında olmuşdur.

1909

Şeyx Sən'an. 5 pərdəlidir. Librettosu eyniadlı xalq dastanının motivləri əsasında H. tərəfindən yazılmışdır.
İlk tamaşa 1909 il noyabrın 30-da (dekabrın 13-də) Nikitin qardaşlarının teatr-sirkində olmuşdur.

1910

Rüstəm və Söhrab. 4 pərdəlidir. Librettosu M. Firdovsinin «Şahnamə» əsərinin motivləri əsasında H. tərəfindən yazılmışdır.
İlk tamaşa 1910 il noyabrın 12-də (25-də) Bakıda H. Z. Tağıyevin teatrında keçirilmişdir.

1912

Şah Abbas və Xurşid Banu. 4 pərdəli, 6 şəkilli. Librettosu xalq dastanları əsasında H. tərəfindən yazılmışdır.
İlk tamaşa 1912 il martın 10-da (23-də) Bakıda, Nikitin qardaşlarının teatr-sirkində keçirilmişdir.
Əsli və Kərəm. 4 pərdəli, 6 şəkilli. Librettosu eyniadlı məhəbbət dastanı əsasında H. tərəfindən yazılmışdır.
İlk tamaşa 1912 il mayın 18-də (31-də) Bakıda, Mailov qardaşlarının teatrında keçirilmişdir.

1915

Harun və Leyla. 5 pərdəli. Librettosunu ərəb dastanının motivləri əsasında H. yazmışdır. Opera tamaşaya qoyulmamışdır.

1936

Koroğlu. 5 pərdədə. Librettosu eyniadlı aşıq dastanı əsasında H. İsmayılov, şe'rlər M. S. Ordubadi tərəfindən yazılmışdır.
İlk tamaşa 1937 il aprelin 30-da Bakıda, AOBT-nda keçirilmişdir.

1945

Firuzə (ilkin adı Şəhrəbanu). 4 pərdədə. Librettosunu xalq dastanları əsasında H. yazmışdır. Opera tamamlanmamışdır.  

MUSİQİLİ KOMEDİYALAR 

1909

Ər və arvad. 3 pərdədə. Librettosu H.-undur.
İlk tamaşa 1910 il mayın 24-də (iyunun 6-da) Bakıda, Nikitin qardaşlarının teatr-sirkində olmuşdur.

1910

0 olmasın, bu olsun. 4 pərdədə, əvvəlcə 3 pərdədə idi (hamam səhnəsi 1915 ildə yazılmışdır). Librettosu H.-undur.
İlk tamaşa 1911 il aprelin 25-də (mayın 8-də) Bakıda, Mailov qardaşlarının teatrında olmuşdur.

1913

«Arşın mal alan». 4 pərdədə. Librettosu H.-undur.
İlk tamaşa 1913 il oktyabrın 25-də (noyabrın 7-də) Bakıda, H. Z. Tağıyevin teatrında olmuşdur.

 

İNSTRUMENTAL MÜŞAYİƏTLİ XOR ƏSƏRLƏRİ

1919

Azərbaycan. Xor və ork. üçün. Sözləri Əhməd Cavadındır.
Milli marş. Xor və ork. üçün. Sözləri H.-undur.

1930

Himn. Xor və simf. ork. üçün. Sözləri H.-undur.

1934

Kantata. M. Firdovsinin 1000 illiyinə həsr olunub. Xor və simf. ork. üçün.
Qızıl əsgər marşı. Solist, xor və fp. üçün. Sözləri M. S. Ordubadinindir.

1936

Azərb. xalq mahnılarının xor üçün işləmələri. Xalq çalğı alətləri ansamblı və ya fp.-nın müşayiəti ilə xor üçün («Ay bəri bax», «Gedək gəzək bağçada», «Aman nənə», «Nə gözəldir», «Lolo», «Sən gözəl», «Ləlli»).
Süvari marşı. Xor və fp. üçün.
Piyadalar marşı. Xor və fp. üçün.  

1938

Kantata. Solist, xor, simf. ork. və rəqs qrupu üçün. Sözləri S. Rüstəmindir. Ölməz sənətkar. M. F. Axundovun anadan olmasının 125 illiyi münasibətilə. Xor və fp. üçün. Sözləri H. Natiqindir.

1939

Kantata. Solist, xor, simf. ork. və rəqs qrupu üçün.

1942

«Vətən və cəbhə» kantatası. Solist, xor, simf. ork. və rəqs qrupu üçün. Sözləri H.-dur.
«Ey Vətən». Xor və fp. üçün. Sözləri S. Vurğunundur.

1945

Azərbaycan SSR Dövlət himni. Xor və simf. ork. üçün. Sözləri S. Vurğun və S. Rüstəmindir.
Qələbə himni, Zəfər himni. Xor və simf. ork. üçün. Sözləri S. Vurğunundur.
Stalinə salam. Xor və simf. ork. üçün. Sözləri S. Rüstəmindir.

1947

Kantata. Nizami Gəncəvinin 800 illiyinə həsr olunmuşdur. Xor və simf. ork. üçün. Sözləri S. Rüstəmindir.  

  ORKESTR ƏSƏRLƏRİ

1928—1933

Kolxoz çöllərində. Xalq çalğı alətləri ork. üçün. Arazbarı. Simf. ork. üçün.
Təntənəli marş. Azərb. Türk Teatrının 10 illiyinə həsr olunmuşdur. Simf. ork. üçün.
Fantaziya ¹ 1. Xalq çalğı alətləri ork. üçün.
Fantaziya ¹ 2. Xalq çalğı alətləri ork. üçün.

1941

Cəngi. Xalq çalğı alətləri ork. üçün.

 KAMERA-İNSTRUMENTAL ƏSƏRLƏRİ

1925—1945

Aşıqsayağı. Skripka, violonçel və fp. üçün. Uşaq albomu. Fp. üçün.
Sonatina. Fp. üçün.
Uşaq pyesləri. Fp. üçün.  

 XOREOQRAFİK MİNİATÜRLƏR

1919

Azərbaycan.
Qaytağı (Dağıstan).

 ROMANS-QƏZƏLLƏR

1941

Sənsiz. Səs və fp. üçün. Sözləri Nizaminindir (Azərb. dilinə tərcüməsi Cəfər Xəndanındır).

1943

Sevgili canan. Səs və fp. üçün. Sözləri Nizaminindir (Azərb. dilinə tərcüməsi Mirvarid Dilbazinindir).  

  M A H N I L A R

   1918

Çırpınırdı Qara dəniz. Səs və fp. üçün. Sözləri Ə. Cavadındır.

1927

Yetim quzu. Səs və fp. üçün. Sözlərinin müəllifi mə'lum deyil.
Bir quş düşdü havadan. Səs və fp. üçün. Sözlərinin müəllifi mə'lum deyil.

1930

Qaragöz. Səs və xalq çalğı alətləri ansamblı üçün. Sözləri H. Natiqindir.

1932

Komsomolçu qız. Səs və fp. üçün. Sözləri M. Təhmasibindir.

1933—1934

Süvari mahnısı. Səs və fp. üçün. Sözləri H. Natiqindir. Pilotlar. Səs və fp. üçün. Sözləri M. Seyidzadənindir.
Bayram günü. Səs və fp. üçün. Sözləri M. Seyidzadənindir.

1941

Çağırış. Səs və fp. üçün. Sözləri S. Əliyevanındır.
İlk variantı «Mazut» adı ilə 30-cu illərdə yazılmışdır.
Şəfqət bacısı. Səs və fp. üçün. Sözləri S. Vurğunundur.

1942

Vətən ordusu. Səs və fp üçün. Sözləri S. Vurğunundur.
Yaxşı yol. Səs və fp üçün. Sözləri S. Rüstəmindir.
Ananın oğluna nəsihəti. Səs və fp. üçün. Sözləri aşıq M. Bayramovundur.
Döyüşçülər marşı. Səs və fp. üçün. Sözləri S. Vurğunundur.