A B C Ç D E Ə F G H X İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z



Əsas sahifə

Elmi-redaksiya şurasının sədri
Nazim İbrahimov

Elektron nəşrinin baş redaktoru
Tariyel Məmmədov

Elmi-redaksiya şurasının üzvləri

Müəlliflərin siyahısı

Electron nəşrin yaradıcıları

Qəbul edilmiş əsas ixtisarlar

Həyat və yaradıcılıq salnaməsi

Ədəbiyyat siyahısı

Musiqi əsərləri

Məqalələr


©  Azərbaycan nəşriyatı, 2003


© Musigi Dunyasi, 2005

 

 

 


ELECTRON NƏŞRININ REDAKTORUNDAN



1996-cı ildə «Üzeyir Hacıbəyov ensiklopediyası» (Bakı, «Azərbaycan », 1996, -303 s.: N.İbrahimov) fundamental nəşri işıq üzü gördü. 2003-cü ildə həmin ensiklopediya rus dilində çapdan cıxdı (Áàêó, "Àçåðáàéäæàí", 2003, -299 ñ.: Í.Èáðàãèìîâ).

Azərbaycan xalqının dahi bəstəkarı, Azərbaycanda professional musiqi mədəniyyətinin bünövrəsini qoymuş böyük ictimai xadim, qabaqçıl pedaqoq, dramaturq, publisist, musiqişünas, novator, respublikada musiqi quruculuğuna başçılıq etmiş Üzeyir Hacıbəyovun anadan olmasının 120 illiyi münasibətilə «Üzeyir Hacıbəyov» İnternet portalı yaradılarkən, «Musiqi Dünyası» jurnalının redaksiya heyəti tərəfindən belə qərar qəbul edildi ki, «Üzeyir Hacıbəyov ensiklopediyası»nın İnternet versiyası da hazırlansın.

«Üzeyir Hacıbəyov» ensiklopediyasının çap nəşrinin baş redaktoru Nazim İbrahimovun elektron versiyasının hazırlanmasına dair rəsmi icazəsi alındıqdan sonra, «Musiqi Dünyası» elektron nəşrlər mərkəzi 2004-cü ildə həmin layihənin həyata keçirilməsinə başladı. Ensiklopediyanın elektron versiyasının kompleks şəkildə işlənilməsi prosesində kollektiv Azərbaycanda əvvəllər yaratdığı ilk elektron dərslik – Üzeyir Hacıbəyovun «Azərbaycan xalq musiqisinin əsasları» üzərində iş təcrübəsindən bəhrələnmişdir.

Virtual məkanda tərtib olunan elektron versiyasının tərkibi aşağıdakılardan ibarətdir:

o Çap nəşrinin mətninin və illüstrativ fotomaterialların heç bir dəyişiklik olmadan təqdimatı.
o İnternet nəşr ücün sifariş edilmiş lüğət məqalələri.
o Muzeylərdən, arxivlərin fondlarından, həmcinin, «Musiqi Dünyası»-nın şəxsi fono-foto-video arxivindən yığılmış əlavə illüstrasiyalar.
o Audio-video-səsli fayllar formatında multimediya informasiyaları.
o «Musiqi Dünyası» İnternet resurslarının əsas ünvanlarının qeydləri və hiperqeydləri çərçivəsində mövzu seçimi.

Bundan əlavə:

o Geniş və rəngarəng spektrli informasiya kütləsi daxilində əlverişli hərəkət üsulları;
o Elektron nəşrin informasiya təbəqələri, eləcə də, bütövlükdə «Musiqi Dünyası»-nın İnternet resursları üzrə xüsusi axtarış sistemi tətbiq edilmişdir.

Hazırkı multimediya resursu

o Geniş virtual oxucu dairəsi, tələbələr, humanitar elm sahələrinin mütəxəssisləri: musiqişünaslar, etnoloqlar, şərqşünaslar, publisistlər, kulturoloqlar üçün nəzərdə tutulmuşdur.

Öz mahiyyətinə görə, bu, Azərbaycanda ilk elektron ensiklopediya olub, «Musiqi Dünyası» kollektivinin multimediya nəşrləri sahəsində iş təcrübəsini yekunlaşdırır.

Resursun quruluşu, tematik bloklara girişin təşkili və hərəkət prinsipləri, müxtəlif səviyyəli virtual istifadəçinin işini asanlaşdırmaq üçün tətbiq olunan müvafiq dizayn, elektron ensiklopediyanı – məlumat kitabçasından gələcəkdə distansion təhsil üçün dərs vəsaitinə çevirən informasiyaların aktuallığı bu nəşrdən istifadəni rahatlaşdırır.

«Musiqi Dünyası» kollektivi Azərbaycanda informasiya kompüter texnologiyaları və elektron nəşrləri ideyasının inkişafında maraqlı olan şəxsləri bu problemlə bağlı rəylərini, perspektiv fikirlərini bölüşməyə dəvət edir. Ensiklopediyanın elektron versiyası daim yeniləşəcək, çünki multimediyanın iimkanları hüdudsuzdur. Biz hər cür əməkdaşlığa və ünsiyyət formalarına hazırıq.

TARİYEL MƏMMƏDOV
sənətşünaslıq doktoru, professor.