A B C Ç D E Ə F G H X İ J K Q
L M N O Ö P R S Ş T U Ü V Y Z



Əsas sahifə

Elmi-redaksiya şurasının sədri
Nazim İbrahimov

Elektron nəşrinin baş redaktoru
Tariyel Məmmədov

Elmi-redaksiya şurasının üzvləri

Müəlliflərin siyahısı

Electron nəşrin yaradıcıları

Qəbul edilmiş əsas ixtisarlar

Həyat və yaradıcılıq salnaməsi

Ədəbiyyat siyahısı

Musiqi əsərləri

Məqalələr


©  Azərbaycan nəşriyatı, 2003


© Musigi Dunyasi, 2005

 

 

 


OXUCUYA 

Üzeyir Hacıbəyov ensiklopediyası uzərində işə əməli olaraq 1985 ildə — bəstəkarın anadan olmasının 100 illik yubileyindən sonra başlansa da, bu ideya məndə hələ 1975 ildə, o dövrdə respublikamıza rəhbərlik edən Heydər Əliyevin təşəbbüsü və fəal iştrakı ilə Bakıda Üzeyir Hacıbəyovun xatirə ev-muzeyinin açıldığı vaxtlarda yaranmışdı. Bu məqsədlə təşkil olunmuş işgüzar qrup fasilələrlə də olsa, ensiklopediyanın yaradılması üzrə iş aparırdı.

Üzeyir bəyin 90, 100 və 110 illik yubileylərinin keçirilməsinin bilavasitə təşkilatçısı möhtərəm prezidentimiz Heydər Əliyev dahi bəstəkarın 110 illik yubileyindəki parlaq çıxışında onun yaradıcılığını, xalqımız qarşısındakı xidmətlərini yuksək qiymətləndirərək demişdir: "Üzeyir Hacıbəyov fövqəl'adə fitri iste'dadı, böyuk fədakarlığı, mükəmməl təhsili, elmi, vətənpərvərliyi, ictimai-siyasi fəaliyyəti ilə xalqımızın böyuk şəxsiyyətlərindən biri olmuş, dunya korifeylərinin ön sırasında duran, Azərbaycanı təmsil edən görkəmli şəxsiyyət olmuşdur".

1993 ildən başlayaraq yaradıcı qrup Azərbaycan mədəniyyəti üçün mustəsna əhəmiyyətli bu işi inam və qətiyyətlə davam etdirdi. Bu gün şərəfli olduğu qədər də çətin və gərgin əməyin bəhrəsi olap ensiklopediya Ü. Hacıbəyov dühasının, musiqi və teatr sənətimizin, ədəbiyyatımızın — bir sözlə milli mədəniyyətimizin çoxsaylı pərəstişkarlarının mühakiməsinə təqdim edilir. Üzeyir Hacıbəyov ensiklopediyası Azərbaycanda ilk şəxsiyyət ensiklopediyasıdır. Mə'lumdur ki, xarici ölkələrdə şəxsiyyət ensiklopediyalarının nəşri ggeniş yayılmışdır. A. Danteyə, V. Şekspirə, İ. V. Höteyə, İ. F. Şillerə, L. van Bethovenə, Ç. Dikkensə, T. Şevçenkoya və b. həsr edilmiş ensiklopediyalar buraxılmışdır. Şəxsiyyət ensiklopediyalarının nəşri çox mürəkkəb və çətin bir işdir. Təkcə onu xatırlatmaq kifayətdir ki, həyat və yaradıcılığının öyrənilməsinə çoxsaylı monoqrafiyalar həsr olunmuş, qısa ömrünün az qala hər anı, əsərləri bütün incəliklərinə, təfərruatına qədər açılmış M. Y. Lermontov haqqında ensiklopediyanın nəşrə hazırlanmasına 20 ilə yaxın vaxt sərf edilmişdir. Bizdə də ensiklopediyanın nəşrinə hazırlıq birdən-birə, həm də təkcə yuxarıda bəhs etdiyimiz illərdə başlanmamışdır. Uzun illər boyu sənətşunas-musiqişunas alimlər, ədəbiyyatşunaslar, fəlsəfəşunaslar bu dahi bəstəkar, musiqişunas, publisist, dramaturq, mutəfəkkir və ictimai-siyasi xadimin həyat və yaradıcılığını hərtərəfli tədqiq edib öyrənmişlər. Bu işdə müxtəlif nəsillərə mənsub alimlərin - Qubad Qasımov, Qulam Məmmədli, Mirzə İbrahimov, V. S. Vinoqradov, Xurşid Ağayeva, Firudin Köçərli, Mirabbas Aslanov, Cahid Quliyev, V. Koryev, Elmira Abasova, Zemfira Səfərova və b.-larının böyük xidmətləri olmuşdur.

Yarım əsrə yaxın bundan əvvəl aramızdan getmiş Üzeyir Hacıbəyov müasirlərindən uzaqlaşdıqca, adı Azərbaycan xalqının mədəni inkişafının qızıl əsri olan XX əsrin tarixi, mədəniyyəti, incəsənəti, ədəbiyyatı, publisistikası, maarifi ilə qırılmaz tellərlə bağlı olan bu dahi şəxsiyyət haqqında çoxşaxəli bildikləri umumiləşdirib, təsnif etmək, ensiklopedik sistemə salaraq küll halında — soraq kitabı şəklində gələcək nəsillərə çatdırmaq tarixi bir zərurət kimi qarşıya çıxmışdır. Azərbaycan mədəniyyətinin misilsiz vüs'ət, dünya şöhrəti qazanmasında çox mühüm rol oynamış bu dahi şəxsiyyətin İnsan və Sənətkar taleyinin bilavasitə bağlı olduğu uğurlu-uğursuz, keşməkeşli, ictimai-siyasi sarsıntılar və şəxsi faciələrlə dolu tariximizin mənzərəsini təcəssüm etdirən Üzeyir Hacıbəyovun epsiklopediyasında bəstəkarın həyat və yaradıcılığının bütün dövrləri və mərhələləri əhatə olunmuşdur. Oxucular burada Ü. Hacıbəyovun ailəsi, qohumları, uşaqlıq illəri, dostları, həmkarları, silahdaşları, musiqi, teatr; ədəbi muhiti, tələbələri, sələfləri, onunla yaradıcılıq unsiyyətində olmuş alim və yazıçılar, incəsənət və mədəniyyət xadimlari, əsərlərinin teatr və kino təcəssümündə, ifasında xidməti olan rejissorlar, dirijorlar, aktyorlar, müğənnilər, musiqiçilər, rəssamlar, bəstəkarın elmi yaradıcılıq dünyası, coşqun ictimai-siyasi fəaliyəti, hər bir əsəri haqqında mə'lumat verən məqalələrlə tanış olacaqlar.

Üzeyir Hacıbəyov epsiklopediyasıidakı materialların böyük əksəriyyəti onun yaradıcılıq yoluna həsr olunmuşdur. Azərbaycanın gorkəmli yazıçısı Anarın ensiklopediyaya yazdığı ön sözdə Ü. Hacıbəyovun çoxşaxəli, geniş miqyaslı yaradıcılığı bütqn vüsəti ilə açıqlanır, əsərləri, yaratdığı obrazlar ətraflı təhlil edilir, bəstəkarın ömür və sənət yolu işıqlandırılır.

Ü. Hacıbəyovun ömür salnaməsindən bəhs edən məqalələrdə oxucular onun həyat və fəaliyyətinin bütün əsas hadisələri — Qori seminariyasınida oxuması, Moskvada və Peterburqda musiqi təhsili alması, bəstəkarlıq, pedaqoji, elmi təşkilatçılıq və ictimai fəaliyyəti və s. haqqında mə'lumat alacaqlar. Ensiklopediyada Ü. Hacıbəyovun publisist və jurnalist fəaliyyəti ayrıca yer tutur. Burada onun müxtəlif dövri mətbuat orqanlarında — qəzet, jurnal və toplularda dərc olunan aktual ədəbi-tənqidi, musiqi, elmi, ictimai-siyasi, pedaqoji-tərbiyəvi və s. movzularda publisistik yazı, felyeton və məqalələri haqqında mə 'lumat verilir.

"Üzeyir Hacıbəyov ensiklopediyası"nda bəstəkarın xarici ölkə xadimləri ilə yaradıcılıq əlaqələrinin, dovrünün görkəmli elm, ədəbiyyat və incəsənət xadimləri - A. K. Qlazunov, R. M. Qlier, M. M. İppolitov-İvanov, S. S. Prokofyev, D. D. Şostakoviç, T. N. Xrennikov, Roşad Nuri Güntəkin, Səid Nəfisi, D. İ. Arakişvili, V. İ. Dolidze, 3. P. Paliaşvili və b. ilə dostluğunun, yaradıcılıq unsiyyətinin əks olunmasına xususi diqqət yetirilmişdir.

Ensiklopediyada bütüi məqalələrdəki mə'lumatlar və faktlar, istisnasız olaraq, bilavasşpə Ü. Hacıbəyovla, onun həyat və yaradıcılığı ilə bağlı şəkildə verilir, umumi xarakterli mə 'lumatlar, bir qayda olaraq, sərfüzər edilir. Ensiklopediya Ü. Hacıbəyovun həyat və yaradıcılığı ilə bilavasitə bağlı zəngin illustrasiya materialları ilə toəciz edilmişdir.

Qrupumuz ensiklopediyanın sözlüyünu tərtib edərkən və strukturunu hazırlayarkən Geniş oxucu marağını nəzərə almağa çalışmış, bu məqsədlə ən muxtəlif sahə mütəxəssislərini musiqişunas, teatrşunas, adəbiyyatşünas, yazıçı və jurnalistləri, başlıcası isə Ü. Hacıbəyovu daim anan, sevən, oyrənən adamları işə çəlb etmşidir. "Üzeyir Hacıbəyov ensiklopediyası"nın nəşrə hazırlanmasında əsas işçi qrupu — Nahad Əliyev, Mirabbas Aslanov, Azər Bağırov, Ziba Seyidova, İmran Xəlilov ilə yanaşı, muxtəlif mərhələlərdə — sözlüyün tərtibində və çoxsaylı müzakirələrində, məqalələrin yazılmasında, redaktəsində və onlara ro'y verilməsində görkəmli bəstəkarlarımız, xalq artistləri Tofiq Quliyev, Azər Rzayev, Vasif Adıgözəlov, yazıçı, publisist və tənqidçilərimiz Anar, Elçin, Üzeyir bəyin xatirə ev muzeyinin direktoru Ramazan Xəlilov, böyük bəstəkarın həyat və yaradıcılığının nüfuzlu tədqiqatçıları Elmira Abasova, Zemfira Səforova və b. yaxından iştirak etmişlər.

Şübhəsiz ki, alimlərimiz, musiqişunaslarımız zəmanəmizin boyuk bəstəkarı Ü. Hacıbəyovun yaradıcılığını hələ uzun illər boyu araşdıracaq, öyrənəcək, haqqında müxtəlif fikirlər söyləyəcək, həmişəyaşar sənətinin yeni-yeni çalarlarını, məziyyətlərini açacaq, nəşr edocəklər. Ona görə də yaradıcı kollektiv ensiklopediyanı çapa hazırlayarkən qarşısına Ü. Hacıbəyov Haqqında tam, bitkin biliklər toplusu ərsəyə gətirmək, son söz demək məqsədi qoymamış, ələlxüsus, burada verilmiş məqalələrin səhvlərdən xali olması, dolğunluğu iddiasında deyil.

NAZİM İBRAHİMOV
"Üzeyir Hacıbəyov ensiklopediyası" elmi-redaksiya şurasının səd
ri